Modern.az

İran parlamenti Hörmüzlə bağlı kritik planı təsdiqlədi

İran parlamenti Hörmüzlə bağlı kritik planı təsdiqlədi

Dünya

Bu gün, 13:55

İran parlamentinin komitəsi Hörmüz boğazı və Fars körfəzində təhlükəsizliyin təmin edilməsi və inkişafın təşviqinə yönəlmiş strateji fəaliyyət planının əsas müddəalarını təsdiqləyib.

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu İran parlamentinin Şuralar və Daxili İşlər Komitəsinin sözçüsü Vəliullah Bayati Tasnim agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, komitənin iclasında “Hörmüz boğazı və Fars körfəzində təhlükəsizliyin və inkişafın təmin edilməsi üzrə Strateji Fəaliyyət Planı” müzakirə olunub. Komitə üzvlərinin fikirləri dinlənildikdən sonra sənədin ümumi prinsipləri təsdiqlənib.

Bayati bildirib ki, komitə üzvlərinin dəstəyi ilə planın 14 maddəsindən 7-si də təsdiq olunub.

Qalan müddəaların isə gələn həftə keçiriləcək komitə iclaslarında müzakirə edilərək təsdiqlənəcəyi bildirilib.

Bayatinin sözlərinə görə, təsdiqlənən müddəalardan biri ABŞ-a, “sionist rejimə” və düşmən ölkələrə məxsus obyekt və avadanlıqların Hörmüz boğazından keçirilməsinə qadağa qoyulmasını nəzərdə tutur.

Sizə yeni x var
Keçid et
Rusiyada etirazlar başladı! Kreml təhqirə keçdi - Axmaqlar...