Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri Misirin Əl-Alameyn şəhərində görüş keçiriblər.
Modern.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və Misirin xarici işlər naziri Bədr Əbdülətti arasında keçirilən görüşdə regionda baş verən son hadisələr və Yaxın Şərqdə gərginliyin azaldılması yolları müzakirə olunub.
Misirin Aralıq dənizi sahilində yerləşən Əl-Alameyn şəhərində baş tutan görüş qardaş görüşü kimi təqdim olunub.
Tərəflər Yaxın Şərqdə mövcud vəziyyəti, regional prosesləri və gərginliyin azaldılması istiqamətində mümkün addımları müzakirə ediblər.
Görüş Türkiyə, Səudiyyə Ərəbistanı və Misir arasında bir neçə gün öncə "Məkkə Sazişi"nin imzalanması fonunda baş tutub.