Modern.az

Ən böyük neft istehsalçısı olan üç ölkə - OPEK açıqladı

Ən böyük neft istehsalçısı olan üç ölkə - OPEK açıqladı

Dünya

Bu gün, 17:40

İranın neft hasilatı iyul ayında əvvəlki ayla müqayisədə sutkada 26 min barel artaraq 2 milyon 478 min barelə çatıb və ölkə OPEC-də (Neft İxrac Edən Ölkələr Təşkilatı) üçüncü yeri qoruyub. 

Modern.az xəbər verir ki, bu barədə OPEC Katibliyinin neft hasilatı ilə bağlı son hesabatında ikinci dərəcəli mənbələrin məlumatlarına istinadən bildirilib.

Məlumata görə, İran iyun ayında sutkada 2 milyon 451 min barel neft hasil edib. İyulda isə bu göstərici 26 min barel artaraq 2 milyon 478 min barelə yüksəlib.

İran bu nəticə ilə OPEC ölkələri arasında üçüncü ən böyük neft istehsalçısı olaraq qalır.

Səudiyyə Ərəbistanı sutkada 7 milyon 352 min barel hasilatla təşkilatın lideridir. İraq isə sutkada 2 milyon 621 min barel hasilatla ikinci pillədə qərarlaşıb.

OPEC üzvlərinin ümumi neft hasilatı iyul ayında sutkada 23 milyon 632 min barelə çatıb. Bu, əvvəlki ayla müqayisədə 1 milyon 659 min barel artım deməkdir.

Eyni zamanda, OPEC+ əməkdaşlıq bəyanatında iştirak edən ölkələrin ümumi xam neft hasilatı 2026-cı ilin iyulunda sutkada 37 milyon 655 min barel təşkil edib. Bu göstərici iyun ayı ilə müqayisədə sutkada 1 milyon 424 min barel çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayandan KÜTLƏVİ HÜCUM - Rusiya şəhərləri dağıdılır