Rusiyanın xüsusi xidmət orqanlarının sifarişi ilə məşhur ukraynalı repçi Kyivstonerə qarşı sui-qəsd hazırlanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, sui-qəsd repçinin Polşada olduğu vaxt həyata keçirilməli imiş. Hadisə ilə bağlı Rusiya vətəndaşı Polşada saxlanılıb.
Polşanın baş naziri Donald Tusk daha əvvəl ABŞ və Ukrayna vətəndaşının qətlə yetirilməsini hazırlamaqda şübhəli bilinən Rusiya vətəndaşının saxlanıldığını açıqlayıb. Tusk həmin şəxsin Vladimir Putin rejimi üçün “arzuolunmaz” şəxsi öldürməyə hazırlaşdığını bildirib.
Polşa mediasının yazdığına görə, söhbət məşhur repçi Kyivstonerdən gedir. Sui-qəsdin onun Polşada olduğu müddətdə həyata keçirilməsi planlaşdırılıb.
Məlumata görə, saxlanılan şəxs Donbas əsillidir və Varşavada tutulub. Polşa hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.