Türkiyə Rusiyadan neft idxalını azaldıb. Bu azalma Ukraynanın Qara dənizdə həyata keçirdiyi hücumlar fonunda qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə LSEG-nin məlumatlarında bildirilib.
Bildirilib ki, iyul ayında Türkiyə Rusiya limanlarından təxminən 900 min ton neft idxal edib. İyun ayında isə bu göstərici 1,2 milyon ton təşkil etmişdi.
Xüsusilə Qara dəniz vasitəsilə həyata keçirilən tədarükdə ciddi azalma qeydə alınıb. Belə ki, iyunda 600 min tondan çox olan neft tədarükü iyulda 300 min tondan bir qədər çox olub.
Beləliklə, Rusiyadan Qara dəniz vasitəsilə Türkiyəyə neft tədarükü bir ay ərzində təxminən iki dəfə azalıb.