Modern.az

Husilər bu şəhərləri vurdu, ölən və yaralananlar var

Husilər bu şəhərləri vurdu, ölən və yaralananlar var

Dünya

Bu gün, 21:42

Husilər münaqişənin gərginləşməsi fonunda Yəmənin Moha və Marib şəhərlərinə yenidən raket, pilotsuz təyyarələrlə hücum həyata keçiriblər.

Modern.az-ın "Al Jazeera" telekanalına istinadən məlumatına görə, hücumlar nəticəsində dörd nəfər ölüb, 12 nəfər yaralanıb.

Bazar günü gecəsi edilən hücumlardan biri Yəmənin Qırmızı dəniz sahilindəki liman şəhəri olan Mohanın ətrafı zərər çəkib, digər hüsumda isə şəhərin əsas yolu ziyan görüb. Dörd nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Şənbə günü axşamı Husilər Maribin yaşayış məntəqələrinə altı ballistik raket və dörd pilotsuz təyyarə atıblar. Evlərə və mülki infrastrukturlara ziyan dəyib, dörd nəfər yaralanıb.

Daha əvvəl Yəmən Silahlı Qüvvələri son 24 saat ərzində "Ənsar Allah" hərəkatının husi silahlılarının obyektlərinə qarşı 181 hərbi əməliyyat keçirdiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini kürəyindən "VURDULAR": Şok açıqlama