Modern.az

Təbrizdən İrəvana reyslər bərpa edilir

Təbrizdən İrəvana reyslər bərpa edilir

Dünya

17 Avqust 2026, 11:03

Şərqi Azərbaycan hava limanlarının baş direktoru Məhəmməd Əli Nael Karamələki Təbriz-İrəvan marşrutu üzrə aviareyslərin bərpa ediləcəyini açıqlayıb.

Modern.az xəbər verir ki, o bu barədə “Aftab News”a açıqlamasında bildirib.

Karamələkinin sözlərinə görə, marşrut üzrə uçuşlar “Poya Airlines” aviaşirkəti tərəfindən həyata keçiriləcək. Reyslərin hər həftənin bazar ertəsi və cümə axşamı günləri yerinə yetirilməsi nəzərdə tutulur.

O qeyd edib ki, ilk uçuş avqustun 10-da, cümə axşamı günü Təbriz hava limanından İrəvana həyata keçiriləcək.

Qeyd edək ki, Təbriz-İrəvan hava əlaqəsinin bərpası İran və Ermənistan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından diqqət çəkir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?