Modern.az

Lukaşenko II Qaregini təbrik edib

Lukaşenko II Qaregini təbrik edib

Dünya

21 Avqust 2026, 09:45

Belarus Prezidenti Aleksandr Lukaşenko Bütün Ermənilərin Ali Patriarxı və Katolikosu II Qareqini doğum günü münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, Belarus prezidentinin təbrikində II Qareginin həyatının xristian kilsəsinə və erməni xalqına yüksək səviyyədə xidmətin, fədakarlığın və sədaqətin nümunəsi olduğu bildirilib.

“Bütün həyatınız xristian kilsəsinə və erməni xalqına yüksək səviyyədə xidmətin, fədakarlığın və sarsılmaz sədaqətin nümunəsidir”, - deyə təbrikdə qeyd olunub.

Belarus Prezidenti II Qareginə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətində uğurlar arzulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə Bakıya qarşı təxribat - Nə baş verir?