Modern.az

Türkiyə Avropa ölkəsini Rusiyadan qoruyur

Türkiyə Avropa ölkəsini Rusiyadan qoruyur

Dünya

Bu gün, 14:38

Türkiyəyə məxsus iki F-16 qırıcısı NATO-nun Baltikyanı ölkələrin hava məkanının qorunması missiyası çərçivəsində Latviyaya yerləşdirilib.

Modern.az xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinin iki F-16 təyyarəsi Latviyanın Lielvarde hərbi bazasına eniş edib.

Türkiyə təyyarələri daha əvvəl Estoniyanın Amari aviabazasında yerləşdirilib və burada NATO-nun Baltikyanı regionun hava məkanının patrul xidmətində iştirak edib.

Təyyarələrin Latviyaya gəlməsi ilə bağlı keçirilən mərasimdə Latviyanın müdafiə naziri Rayvis Melnis, Türkiyənin Latviyadakı səfiri Əhməd Cəmil Miroğlu və hərbçilər iştirak ediblər.

Türkiyənin F-16-larının missiyaya cəlb olunması Ankaranın NATO-nun kollektiv təhlükəsizlik sistemində, o cümlədən Alyansın şimal-şərq cinahının müdafiəsində rolunu daha da önə çıxarır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!