Modern.az

Tramp Pezeşkianı hədəfə aldı

Tramp Pezeşkianı hədəfə aldı

Dünya

Bu gün, 14:52

ABŞ Prezidenti Donald Tramp İranın siyasi və hərbi rəhbərliyinin ciddi itkilərə məruz qaldığını bildirib.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə İranla münaqişə və Tehranla mümkün danışıqların perspektivləri ilə bağlı açıqlamasında danışıb.

“Onların rəhbərliyi yoxa çıxıb. İkinci eşelon liderləri yoxa çıxıb. Üçüncü eşelonun yarısı da yoxdur. Bu, mənim problemlərimdən biridir - danışıqlar aparmağa heç kim yoxdur. Bu problemdir”, - deyə Tramp bildirib.

ABŞ lideri İranın siyasi sistemində rəhbərliklə bağlı vəziyyəti qeyri-adi ifadələrlə təsvir edib. İranda hazırda prezident postunu Məsud Pezeşkian tutsa da, onun sözlərinə görə, ölkədə prezident olmaq istəyən şəxslər belə tapılmır.

“Bu, dünyada heç kimin prezident olmaq istəmədiyi yeganə ölkədir. Deyirlər: ‘Kim prezident olmaq istəyir?’ – “Xeyr, mən prezident olmaq istəmirəm!” Bu, problemdir”, - Tramp deyib.

Trampın açıqlaması ABŞ və İran arasında gərginliyin davam etdiyi, eyni zamanda Vaşinqtonun Tehranla mümkün razılaşma məsələsini gündəmdə saxladığı bir vaxtda səslənib.

ABŞ Prezidenti daha əvvəl də İranın hərbi infrastrukturunun və rəhbərlik strukturunun ağır zərbə aldığını iddia edib. Tehran isə Vaşinqtonun müharibənin nəticələri ilə bağlı açıqlamalarını qəbul etmir və İranın müqavimət göstərdiyini bildirir. İran rəsmiləri, həmçinin Hörmüz boğazı üzərində nəzarətin Tehranda qaldığını bəyan ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!