Modern.az

Həmyerlimiz Rusiyada çıxılmaz vəziyyətdə qalıb

Həmyerlimiz Rusiyada çıxılmaz vəziyyətdə qalıb

Dünya

22 Avqust 2026, 15:19

Azərbaycan vətəndaşı Kamçatkada sel səbəbindən turistlərlə birlikdə çıxılmaz vəziyyətdə qalıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kamçatkada güclü yağış və sel nəticəsində Tolbaçik vulkanı ərazisində turist qrupu çıxış imkanından məhrum olub.

Qrupun içərisində Azərbaycan vətəndaşı Tatyana Dolivets də var.

Onun sözlərinə görə, çayın məcrasından çıxması nəticəsində yolun bir hissəsi yuyulub. Bu səbəbdən ərazidən avtomobillə çıxmaq hazırda mümkün deyil.

Məlumata görə, ərazidə təxminən 100 nəfər təcrid olunmuş vəziyyətdə qalıb. Turistlərin ərzaq ehtiyatlarının tükənmək üzrə olduğu bildirilir.

Tatyana Dolivets aidiyyəti Azərbaycan qurumlarına və Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət edərək, Rusiya xilasedicilərinin əraziyə mümkün qədər tez göndərilməsinə kömək göstərilməsini istəyib.

Hazırda turistlərin ərazidən təhlükəsiz şəkildə təxliyəsi üçün xilasedicilərin gəlməsi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?