Modern.az

PUA hücumu - Sərnişinlərlə dolu avtobus vuruldu

PUA hücumu - Sərnişinlərlə dolu avtobus vuruldu

Dünya

Bu gün, 18:13

Sevastopola pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində şəhərlərarası avtobusda olan beş sərnişin xəsarət alıb. İlkin məlumata görə, daha iki nəfər həlak olub.

Modern.az xəbər verir ki, bu barədə  regionun qubernatoru məlumat verib.

Qeyd edilib ki, yaralılardan ikisinin vəziyyəti orta ağır, üçünün vəziyyəti isə ağırdır. Hadisə yerində FHN xilasediciləri və həkimlər cəlb olunub, zərərçəkənlərə təcili tibbi yardım göstərilir.

Həmçinin Ukrayna ordusunun Krasnodar vilayətinin Yeysk rayonuna PUA hücumu nəticəsində daha üç nəfər, o cümlədən iki uşaq həlak olub. Daha bir yetkin şəxs xəstəxanaya yerləşdirilib. PUA-lar fərdi yaşayış evlərinin yerləşdiyi əraziyə düşüb. Qalıqlar həmçinin liman ərazisindəki müəssisənin üzərinə düşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!