Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın AES-inin (Atom Elektrik Stansiyası) təhlükəsizliyi ilə bağlı bəyanat yayıb.
Modern.az xəbər verir ki, bununla bağlı Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinq zamanı danışıb.
Zaxarova hesab edir ki, stansiyanın konstruksiyası regionun yüksək seysmikliyinə uyğunlaşdırılıb: "Metsamor AES Ermənistanın elektrik enerjisinin təxminən 30 faizini istehsal edir və ölkənin əsas enerji tələbatını təmin edir. Hazırda Rusiya və Ermənistan mütəxəssisləri AES-in istismar müddətinin 2036-cı ilədək uzadılması istiqamətində kompleks işlər aparırlar".
Zaxarova layihəyə yönələn tənqidləri əsassız hesab edib: “Oxşar texnologiyalar əsasında fəaliyyət göstərən atom elektrik stansiyalarının istismar olunduğu bəzi Avropa ölkələrinə münasibətdə belə iradlar səsləndirilmir”.