ABŞ Suriyanı 47 ildən sonra terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb.
Modern.az xəbər verir ki, Konqresdə qərarın nəzərdən keçirilməsi üçün nəzərdə tutulan 45 günlük müddət avqustun 22-də başa çatıb.
Bu müddət ərzində qərarın qarşısının alınmasına dair hər hansı cəhd barədə məlumat verilməyib. Bununla da Vaşinqton 1979-cu ildə tətbiq edilmiş Suriyanın “terrorizmi dəstəkləyən ölkə” statusunu ləğv edib.
Qeyd edək ki, məsələ iyul ayında Konqresin müzakirəsinə verilib. Belə ki, ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqresə Suriyanın bu siyahıdan çıxarılması niyyəti barədə məlumat verib. Bu proses administrasiyanın təqdim etdiyi məlumatlar əsasında ABŞ qanunvericiləri tərəfindən aparılacaq 45 günlük araşdırmanın nəticələrinə əsasən həyata keçirilməli idi. Bu müddət ərzində isə Konqres üzvləri bu addımın atılması üçün kifayət qədər əsasların olub-olmadığını qiymətləndiriblər.