Modern.az

“KTMT-dən çıxarılsaq, çox məmnun olaram”

“KTMT-dən çıxarılsaq, çox məmnun olaram”

Dünya

24 Avqust 2026, 13:18

Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

Modern.az xəbər verir ki, Paşinyan Ermənistanın KTMT-də fəaliyyətini aktivləşdirmək niyyətində olmadığını bildirib.

“Dəqiq deyə bilərəm ki, biz KTMT-də fəaliyyətimizi aktivləşdirməyi planlaşdırmırıq. Mən həmçinin bilirəm ki, KTMT-də Ermənistanın təşkilatdan çıxarılması ilə bağlı müzakirələr gedir. Əgər təşkilat Ermənistanı xaric etsə, çox məmnun olaram. Hər halda bu, bizi KTMT-dən çıxaq, yoxsa çıxmayaq dilemmasından azad edər”, – Paşinyan deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi