Modern.az

Şəhər meri itkin düşüb

Şəhər meri itkin düşüb

Dünya

18 Aprel 2015, 13:12


Rusiyanın Mari Muxtar Respublikasının inzibati mərkəzi olan Yoşkar-Ola şəhərinin meri itkin düşüb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mer Pavel Plotnikovun itkin düşməsi ilə bağlı onun xanımı polisə müraciət edib.

“Xanımının məlumatına görə, mer aprelin 17-də İnşaatçılar küçəsinə gedib və bundan sonra onun haqda heç bir məlumat yoxdur”.

Pavel Plotnikovun tapılması üçün bütün polis qüvvələri səfərbər olunub.

Əsası 1584-cü ildə qoyulan və Mariy El Pespublikasının inzibati mərkəzi olan Yoşkar-Ola şəhərinin 263 min sakini var.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı