Modern.az

İstanbulda ağır qəza, ölən var

İstanbulda ağır qəza, ölən var

Dünya

28 Avqust 2026, 21:22

Türkiyənin İstanbul vilayətində baş verən yol qəzasında 1 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bu barədə Modern.az DHA-ya istinadən xəbər verir.

Məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yaşayış komplekslərindən birinin həyət divarına çırpılıb.

Hadisə yerinə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, onlaradan ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı