Modern.az

"Hamınız buna görə cavab verəcəksiniz!" - Paşinyan hədələdi

"Hamınız buna görə cavab verəcəksiniz!" - Paşinyan hədələdi

Dünya

Bu gün, 12:08

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə təhsil sahəsində problemlərin olduğunu bildirərək savadsızlıq yayan məktəb direktorları və müəllimlərin işdən azad olunmasını tələb edib.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə sentyabrın 11-də Ermənistan hökumətinin iclasında danışıb.

Baş nazir məktəblərin bağlanması məsələsi ilə bağlı hökumətə təzyiqlər edildiyini, lakin bu təzyiqlərə boyun əymədiklərini bildirib.

Paşinyan müxalifətin Ermənistanda təhsilin keyfiyyəti ilə bağlı tənqidlərini də qəbuledilməz adlandırıb.

“Ölkədə məktəblərin 90 faizini ya tikmək, ya da təmir etmək lazımdır. Biz məktəblərin dağıntıları üzərində sistem yaratmağa çalışırıq. 30 illik müstəqillik tarixinin olduğu ölkədə necə oldu ki, 1000 məktəbə ehtiyac yarandı?” - deyə Paşinyan bildirib.

Baş nazir iddia edib ki, əvvəllər müəllimlərdən seçkilərin saxtalaşdırılmasında istifadə olunub.

Paşinyanın sözlərinə görə, “Daşnaksütyun” və Ermənistan Respublika Partiyası məktəblərdən seçkilərin saxtalaşdırılması və korrupsiya məqsədilə istifadə edib.

“İndiyədək məktəblərimizdə problemlər var, məktəblərdə savadsızlığı təbliğ edən direktor və müəllimlər mövcuddur. Mən artıq nazirə tapşırmışam ki, bütün bu kütləni məktəblərdən çıxarsın. Mənə izahatlar maraqlı deyil.
Savadsız direktorlar işdən azad edilməlidir. Onların sayı onlarladır. Ona görə də deyirəm ki, inqilab lazımdır”, - deyə Paşinyan bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?