Modern.az

Ukraynaya 400-dən çox PUA hücumu edilib

Ukraynaya 400-dən çox PUA hücumu edilib

Dünya

Bu gün, 04:58

Rusiya bu gün ərzində Ukraynaya 400-dən çox zərbə PUA-sı göndərib.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələri məlumat yayıb.

Məlumata görə, saat 06:30-dan 18:00-dək Rusiya Ukrayna ərazisinə 410 zərbə PUA-sı ilə hücum edib. Onlardan 37-si reaktiv PUA olub.

Ukrayna hava hücumundan müdafiə qüvvələri 336 PUA-nı, o cümlədən 23 reaktiv PUA-nı vurub və ya elektron vasitələrlə zərərsizləşdirib. 21 PUA-nın hədəfə çatdığı qeydə alınıb.

Qeyd edilib ki, havada təxminən 55 zərbə PUA-sı qalıb. Rusiya ordusunun yeni PUA qruplarını da havaya buraxdığı bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi