Türkiyənin Silivri prokurorluğu, keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada vəfat etməsi ilə bağlı aparılan araşdırmada növbəti mühüm addım atıb.
Modern.az yerli mediaya istinadla xəbər verir ki, FETÖ ilə əlaqə ehtimalının da araşdırıldığı istintaq çərçivəsində prokurorlar, "Kurtlar Vadisi Pusu" serialındakı "Ömer Baba" rolu ilə tanınan Emin Olcayın ifadəsini alacaqlar.
Olcay daha əvvəl prodüser Osman Sınavın layihədən ayrılmasından sonra serialın istiqamətində dəyişiklik olduğunu qeyd edərək bunları demişdi:
"Yəni, şübhələnirdim. Elə vaxtlar olurdu ki, öz-özümə əgər bu məlumatı kimdənsə almırlarsa, bəs bunları necə bilirlər, deyə düşünürdüm. Yazdıqları materialın haradansa gəldiyini güman edirdim".
Qeyd edək ki, Bosniyada xidmət etdiyi dövrdə "Fədai", Azərbaycanda "Koroğlu", Əfqanıstanda "Türk generalı" və Türküstanda "Ruh" (Ghost) kimi tanınan MİT-in (Milli Kəşfiyyat Təşkilatı) Asiya regionu üzrə baş müşaviri Kaşif Kozinoğlu Silivri həbsxanasında şübhəli şəkildə ölüb. İllər əvvəl çəkilən "Kurtlar Vadisi Pusu" serialında isə Kozinoğlu rolunu aktyor Sedat Savtak canlandırıb. Serialda Kozinoğlunun ölümü ilə bağlı bir sıra iddialar süjet xəttində rol alıb.