ABŞ-nin prezidenti Donald Tramp KİV nümayəndələrinə yönəlik növbəti sərt bəyanatı ilə gündəmə gəlib.
Modern.az xəbər verir ki, Tramp jurnalistlərin çoxluğuna diqqət çəkərək, onların boykot təhdidlərinin heç bir əsasının olmadığını bildirib.
“Baxın, burada nə qədər mətbuat var. Onlar məni boykot edəcəklərini deyirdilər, amma heç vaxt bunu etmirlər”, — deyə o vurğulayıb.
KİV-in fəaliyyətini tənqid edən sabiq dövlət başçısı medianı obyektivliyə dəvət edib və saxta xəbər yayanlara qarşı addım atacağını istisna etməyib:
“Hesab edirəm ki, bu media obyektiv olmağa borcludur. Əgər onlar saxta xəbərlər tirajlamağa davam etsələr, onları daha bir çox xüsusi məkana buraxmamaq hüququmu özümdə saxlayıram”.