Modern.az

Tramp Zelenskidən Rusiyadakı neft zavodlarına zərbələri azaltmağı istəyib

Tramp Zelenskidən Rusiyadakı neft zavodlarına zərbələri azaltmağı istəyib

Dünya

Bu gün, 08:30

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiyadakı neft emalı zavodlarına (NEZ) zərbələrin intensivliyini azaltmağı xahiş etdiyini bildirib.

Modern.az xəbər verir ki, Tramp bu barədə İllinoys ştatında jurnalistlərə açıqlamasında danışıb.

“Maraqlı məsələdir. Prezident Zelenski ilə danışdım və ona Rusiyadakı neft emalı zavodlarına daha az zərbə endirməsinin yaxşı olacağını söylədim”, - deyə Tramp bildirib.

ABŞ Prezidenti qeyd edib ki, Zelenski buna cavab olaraq “yəqin ki, belə də edəcəyik” deyib.

Tramp bu mövzuda Zelenski ilə söhbətinin nə vaxt baş tutduğunu dəqiqləşdirməyib.

ABŞ Prezidenti daha əvvəl də Ukraynanın Rusiyanın neft infrastrukturuna zərbələrinin qlobal dizel yanacağı çatışmazlığına və qiymətlərin artmasına təsir etdiyini bildirib. Tramp hesab edir ki, dizel yanacağının qıtlığının əsas səbəblərindən biri Yaxın Şərqdəki hadisələr deyil, Rusiya-Ukrayna müharibəsi çərçivəsində Rusiyanın neft emalı obyektlərinə hücumlardır. 

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?