Modern.az

İran ABŞ-a yeni təklif verib - Tramp rədd edib

İran ABŞ-a yeni təklif verib - Tramp rədd edib

Dünya

29 Sentyabr 2026, 15:59

ABŞ və İran nümayəndələri vasitəçi ölkələrin iştirakı ilə Yaxın Şərqdə münaqişənin başa çatdırılması yollarını ayrı-ayrılıqda müzakirə ediblər.

Modern.az xəbər verir ki, “Reuters” bu barədə hər iki ölkənin nümayəndələrinə istinadən məlumat yayıb.

Mənbələrin jurnalistlərə bildirdiyinə görə, növbəti danışıqlarda diqqət İranın ötən həftə ABŞ-a təqdim etdiyi yeddi günlük plana dəyişikliklərin edilməsinə yönəldiləcək.

Müzakirələrin detalları, eləcə də növbəti danışıqların nə vaxt və hansı formatda keçiriləcəyi açıqlanmayıb.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Araqçi Tehranının ABŞ-a Hörmüz boğazının açılması ilə bağlı yeddi günlük plan təqdim etdiyini bildirmişdi. Təklifə əsasən, dəniz blokadasının və neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması müqabilində boğazın açılması nəzərdə tutulurdu.

Lakin ABŞ Prezidenti Donald Tramp bu təklifi rədd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır