İtaliya İraqda hərbi mövcudluğunu başa çatdırdığını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi “X” hesabında məlumat yayıb. Bildirilib ki, hərbi texnika və digər avadanlıqların çıxarılmasında iştirak edən sonuncu hərbçilər də ölkəyə qayıdıblar.
Nazirlik son 12 ildə İraqda xidmət etmiş hərbçilərə təşəkkür edib: “Onlar vəzifələrini peşəkarlıqla, fədakarlıq və məsuliyyət hissi ilə yerinə yetiriblər”.