Modern.az

Ərdoğan Putinə zəng etdi 

Ərdoğan Putinə zəng etdi 

Dünya

Bu gün, 15:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə–Rusiya ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan görüş zamanı Qara dənizdə gəmiçilik təhlükəsizliyinin təmin olunması istiqamətində aparılan işlərin əhəmiyyətini vurğulayıb.

Türkiyə lideri Rusiyanın Ukrayna ilə birbaşa təmaslarının başlamasına yönəlmiş səylərə töhfə verməyə hər zaman hazır olduqlarını bildirib. O, problemin həllinə yönəlmiş diplomatik təşəbbüslərin əhəmiyyətinə diqqət çəkib.

Ərdoğan, həmçinin Vladimir Putini doğum günü münasibətilə təbrik edib və onun partiyasının Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə əldə etdiyi uğur münasibətilə təbriklərini çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycan-Türkiyə qardaşlığı vurulur - NƏYİ GÖZLƏYİRİK? - Modern.az