Modern.az

Kiyev blokadada - su, işıq, internet yoxdur

Kiyev blokadada - su, işıq, internet yoxdur

Dünya

8 Oktyabr 2026, 05:19

Rusiya tərəfindən Ukraynaya həyata keçirilən hücumlar nəticəsində paytaxtın böyük hissəsi işıqsız qalıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Kiyev meri Vitali Kliçko bildirib ki, elektrik enerjisində yaranan problem səbəbindən bəzi su nasos stansiyaları da fəaliyyətini dayandırıb və şəhərin bəzi ərazilərində su təchizatında fasilələr yaranıb.

Kliçko qeyd edib ki, enerji mütəxəssisləri təchizatın bərpası üzərində işləyirlər. Bundan başqa, şəhər sakinləri mobil rabitə siqnalının zəifləməsi və internetdə problemlər yarandığını bildiriblər.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə