Modern.az

Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb

Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb

Dünya

Bu gün, 09:45

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığının aparılması ilə bağlı hələlik razılıq əldə olunmayıb.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

Peskov telefon danışığının artıq razılaşdırılıb-razılaşdırılmadığı və onun nə vaxt baş tuta biləcəyi ilə bağlı suala cavab verib: “Hazırda yox. Məlumat verəcəyik”.

Qeyd edək ki, ötən gün – Vladimir Putinin doğum günündə Donald Tramp Rusiya prezidenti ilə telefon danışığının hazırlandığını açıqlamışdı.

Kreml daha əvvəl bildirmişdi ki, ABŞ tərəfdən təşəbbüs daxil olacağı təqdirdə prezidentlərin telefon danışığını operativ şəkildə razılaşdırmaq mümkündür.

Bu ilin əvvəlindən Vladimir Putin və Donald Tramp arasında ümumilikdə 5 telefon danışığı baş tutub. Sonuncu telefon danışığı sentyabrın 8-də keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Hazırlıqlar başladı - İran hər an bombalana bilər