Modern.az

Kommunist Partiyasının fəaliyyəti qadağan edildi

 Kommunist Partiyasının fəaliyyəti qadağan edildi

Dünya

16 Dekabr 2015, 21:54


Kiyev Dairə Məhkəməsi Ukrayna Ədliyyə Nazirliyinin Kommunist Partiyasının fəaliyyətinin qadağan edilməsi ilə bağlı iddiasını təmin edib. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, məhkəmə dekabrın 16-da Ədliyyə Nazirliyinin Kommunist Partiyasının fəaliyyətinin qadağan edilməsi ilə bağlı qaldırdığı iddiaya baxışı başa çatdırıb.

Məlumatda qeyd edilir ki, iddiaya Ali Radanın insan hüquqları üzrə müvəkkilinin iştirakı ilə baxılıb.

“Məhkəmə Ukrayna Ədliyyə Nazirliyinin iddiasını tam təmin edərək Kommunist Partiyasının ölkədə fəaliyyətini qadağan edib”, – məhkəmədən verilən məlumatda bildirilir.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı