Modern.az

ABŞ aviasiyasının zərbələri 15 dinc suriyalının həyatına son qoydu

ABŞ aviasiyasının zərbələri 15 dinc suriyalının həyatına son qoydu

Dünya

18 Fevral 2016, 16:16

Suriyanın şimal-şərqində Amerika aviasiyasının hava zərbələri nəticəsində azı 15 dinc suriyalı həlak olub.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Londonda yerləşən Suriya İnsan Haqlarının Monitorinq Mərkəzi məlumat verib.

Əl-Şaşadi şəhərində qeydə alınan hadisə zamanı daha 20 sakinin də xəsarət aldığı bildirilir.

Bundan 1 həftə əvvəl, monitorinq mərkəzi rus aviasiyasının hospitalı bombalaması zamanı azı 7 nəfərin öldüyünü bildirmişdi.

Vüqar İsmayılov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı