Modern.az

Yük maşını yolu keçən piyadanı vurub ÖLDÜRDÜ

Yük maşını yolu keçən piyadanı vurub ÖLDÜRDÜ

Hadisə

21 May 2022, 11:35

Mayın 21-də saat 2 radələrində Xaçmaz rayonunun Çinartala kəndi ərazisində Bərdə rayon sakini P.Şərifov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə yolu keçən rayon sakini Şəmsəddin Muradovu vurub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, qəza nəticəsində piyada hadisə yerində ölüb.

 

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia