Modern.az

Atasını güllələyən oğul SAXLANILDI

Atasını güllələyən oğul SAXLANILDI

Hadisə

31 May 2022, 10:16

Mayın 29-u saat 23 radələrində Bərdə rayonu, Mirzəcəfərli kənd sakini 1970-ci il təvəllüdlü Bulud Fərzəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Modern.az-a Bərdə rayon prokurorluğundan məlumat verilib.

 

Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu 2000-ci il təvəllüdlü Kənan Fərzəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Bulud Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Kənan Fərzəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia