Modern.az

Bakıda universitetdə yanğın

Bakıda universitetdə yanğın

Hadisə

28 Aprel 2026, 15:17

Sosial mediada Azərbaycan Memarlıq və İnşaat Universitetində yanğın baş verdiyi və nəticədə tələbələrin ali təhsil mərkəzindən təxliyə edildiyi məlumatı yayılıb. 

Modern.az-ın sorğusuna cavab olaraq Fövqalədə Hallar Nazirliyindən bildirilib ki, Memarlıq və İnşaat Universitetinin həyətində taxta tullantıları yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Xəsarət alan olmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Prezidentdən kritik xəbərdarlıq - Xəzərdə faciə baş verə bilər