Modern.az

Samuxda kütləvi zəhərlənmə: Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti ağırdır

Samuxda kütləvi zəhərlənmə: Xəstəxanaya yerləşdirilənlərin vəziyyəti ağırdır

Hadisə

Bu gün, 17:50

Samux rayonunda zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti orta ağır qiymətləndirilir.

Modern.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, 15.07.2026-cı il tarixində saat 15:30 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 7-si azyaşlı olmaqla ümumilikdə 10 nəfər (4 kişi, 6 qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, pasiyentlərin hər birinə zəruri tibbi xidmət göstərilib.

"Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir", – deyə TƏBİB-in məlumatında bildirilib.

17:30

****

Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Modern.az xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində baş verib.

İlkin məlumata görə, 10-dan çox şəxs qidadan zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib.

Hazırda onların vəziyyəti ilə bağlı dəqiq məlumat açıqlanmayıb.

Hadisənin başvermə səbəbləri araşdırılır. Rəsmi qurumların məsələ ilə bağlı açıqlaması olduqda məlumat yenilənəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!