Modern.az

Ağdərədə ər və arvad faciəli şəkildə ÖLDÜLƏR

Ağdərədə ər və arvad faciəli şəkildə ÖLDÜLƏR

Hadisə

14 İyul 2026, 14:50

Ağdərə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Lent.az-a istinadla xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu yolunda qeydə alınıb.

Avtomobilin aşması nəticəsində Kəlbəcər rayon sakinləri - N.Əsgərov və həyat yoldaşı K.Əsgərova həyatını itirib.

Avtomobildə olan digər Kəlbəcər sakini M.İsmayılova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir