Modern.az

Masallıda yük maşını yandı - VİDEO

Masallıda yük maşını yandı - VİDEO

Hadisə

14 İyul 2026, 13:30

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Sərçuvar kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Renault” markalı yük avtomobilinin qoşqu hissəsindəki təkərdə baş vermiş yanğın genişlənərək avtomobilin digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin qoşqu hissəsində bir ədəd təkər yanıb.

Avtomobil və qoşqu yanğından mühafizə olunub.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!