Modern.az

İtkin kimi axtarılan şəxsin meyiti çaydan tapıldı

İtkin kimi axtarılan şəxsin meyiti çaydan tapıldı

Hadisə

15 İyul 2026, 11:36

Zaqatalada itkin düşən 62 yaşlı kişinin meyti çaydan tapılıb.

Modern.az xəbər verir ki, Zaqatala rayonunun Dağlı kənd sakini 1964-cü il təvəllüdlü Xanlar Məmmədovun meyiti Tala çay ərazisində aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Meyiti tapılan şəxsin bir neçə gün əvvəl evdən çıxıb geri qayıtmadığı bildirilir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...