Modern.az

Bakıda hər gün 8-dən çox yol qəzası olur

Bakıda hər gün 8-dən çox yol qəzası olur

Hadisə

14 İyul 2026, 09:53

Bu ilin ilk 6 ayı ərzində Bakıda 1543 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində yanvar–iyun ayları ərzində ümumilikdə 1543 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qeyd olunub ki, baş verən hadisələrlə bağlı operativ tədbirlərin görülməsi məqsədilə NİİM əməkdaşları tərəfindən məlumatlar aidiyyəti üzrə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına ötürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!