Modern.az

Kəlbəcərdə çayda batan azyaşlı - su götürməyə gedirmiş - YENİLƏNİB

Kəlbəcərdə çayda batan azyaşlı - su götürməyə gedirmiş - YENİLƏNİB

Hadisə

Bu gün, 20:50

Kəlbəcər rayonu Çəpli kəndində axtarışları davam edən 2015-ci il təvəllüdlü Abutalıbov Yaqub Zabil oğlunun çaya düşməsi hadisəsinin detalları məlum olub.

Modern.az xəbər verir ki, bu barədə Kəlbəcər rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətindən "Report"a məlumat verilib. Bildirilib ki, iyulun 12-də azyaşlı ailə üzvləri ilə birlikdə arıçılıq fəaliyyəti ilə məşğul olduqları ərazidə olarkən su götürmək məqsədilə çaya yaxınlaşıb və ehtiyatsızlıq nəticəsində suya düşüb.

Hadisə zamanı ailə üzvləri də yaxınlıqda olublar. Çay sahilində içərisində su olan bidon aşkarlanıb.

Hazırda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qüvvələri və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ərazidə intensiv axtarış-xilasetmə tədbirləri davam etdirilir. Eyni zamanda, FHN-in dalğıc-xilasediciləri tərəfindən sualtı axtarış işləri həyata keçirilir.

***

19:32

Xəbər verdiyimiz kimi, Kəlbəcər rayonunun Çəpli kəndi ərazisində 2015-ci il təvəllüdlü Z.Abutalıbov çaya düşüb.

Modern.az-ın məlumatına görə, hazırda azyaşlının axtarışları davam edir.

Çayda batan 11 yaşlı Z.Abutalıbovun fotosunu təqdim edirik:

(Qafqazinfo)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentdən Rusiyanı dəli edən MESAJ - Ukrayna təslim olmamalıdır!