Macarıstanın müdafiə naziri Romuluş Rusin-Sendi ölkəsinin Rusiya ilə əməkdaşlığa son verdiyini açıqlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir Budapeştin NATO müttəfiqlərinin etimadını bərpa etməyi və Moskva qarşısında "qapını bağlamağı" hədəflədiyini bildirib.
Onun sözlərinə görə, hökumət Rusiyanın mümkün müdaxilə cəhdlərinin qarşısını alır və xarici siyasətdə prioritetləri Qərb tərəfdaşlarının xeyrinə dəyişir.
Yeni kursun göstəricisi kimi, Macarıstan əvvəlki rəhbərliyin addımları ilə bağlı müttəfiqlərindən üzr də istəyib.