Modern.az

Ağcabədidə yol qəzasında bir nəfər ölüb

Ağcabədidə yol qəzasında bir nəfər ölüb

Hadisə

6 Avqust 2026, 00:12

Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.

1986-cı il təvəllüdlü Eldəniz Musayevin idarə etdiyi "Naz Lifan" markalı minik avtomobili qəzaya uğrayıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Rüstəm Əliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən iddialı açıqlama - Mən heç nədən qorxmuram!