Modern.az

Nərimanovda 5 mərtəbəli bina yanır

Nərimanovda 5 mərtəbəli bina yanır

Hadisə

6 Avqust 2026, 09:36

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində beşmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, bu barədə APA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli binanın ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı