Modern.az

Bərdədə açıq sahədə yanğın - VİDEO

Bərdədə açıq sahədə yanğın - VİDEO

Hadisə

6 Avqust 2026, 14:42

Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 800 kv.m. quru ot və kol-kos yanıb. Ağaclar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən iddialı açıqlama - Mən heç nədən qorxmuram!