Modern.az

Qazaxda açıq ərazidə yanğın olub - VİDEO

Qazaxda açıq ərazidə yanğın olub - VİDEO

Hadisə

23 Sentyabr 2026, 22:27

Qazax rayonunun Aslanbəyli kəndində açıq ərazidə yanğın baş verib.

FHN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Nəticədə 1 hektar sahədə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

 

Sizə yeni x var
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri