Modern.az

Bərdədə 26 yaşlı kişi öldürüldü - şübhəli tutuldu

Bərdədə 26 yaşlı kişi öldürüldü - şübhəli tutuldu

Hadisə

Bu gün, 13:17

Bərdədə şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sentyabrın 30-da Bərdə rayonu Mollaəhməd kəndi ərazisində 2000-ci il təvəllüdlü Elnur Rüstəmovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

İlkin araşdırmalarla cinayətin Cavad Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada əhaliyə şok qadağa - Küçəyə çıxmayın!