Modern.az

2027-ci il üçün beş mümkün hadisə - Nostradamusun proqnozları

2027-ci il üçün beş mümkün hadisə - Nostradamusun proqnozları

Dünya

Bu gün, 02:26

Fransız astroloqu və kahin Nostradamusun əsrlər əvvəl yazdığı müəmmalı proqnozlar 2027-ci illə bağlı yeni müzakirələrə səbəb olub.

Modern.az xəbər verir ki, müasir yozumlara görə, onun proqnozları Yaxın Şərqdə münaqişələrin kəskinləşməsi, Fransada siyasi dəyişikliklər, meşə yanğınları, maliyyə böhranı və Kanadadakı sirli xəzinənin tapılması ilə əlaqələndirilir.

2027-ci il üçün beş mümkün hadisə

1. Yaxın Şərqdə münaqişələrin kəskinləşməsi

Nostradamusun beşinci əsrin 27-ci katrenində Fars, Trapezund, silah və yanğından bəhs etdiyi bildirilir. Müasir şərhçilər Farsı İranla, Trapezundu isə Türkiyənin Trabzon şəhəri ilə əlaqələndirərək regionda yeni geosiyasi gərginlik ehtimalını irəli sürürlər.

2. Fransada siyasi böhran

Nostradamusun doqquzuncu əsrin 27-ci katrenində Fransa taxtının varisi olan Dofendən bəhs edilir. Bəzi şərhçilər bunu 2027-ci ildə Fransada keçiriləcək prezident seçkiləri və mümkün siyasi dəyişikliklərlə əlaqələndirirlər.

3. Genişmiqyaslı meşə yanğınları

Digər bir proqnozda qərbdən şərqə doğru yayılan yanğınlardan və qida tapa bilməyən canlılardan bəhs olunur. Bu ifadələr quraqlıq, istilik dalğaları və böyük meşə yanğınları ehtimalı kimi yozulur. Lakin həmin mətnin Nostradamusa aid olması da mübahisəlidir.

4. Qlobal maliyyə böhranı

Səkkizinci əsrin 28-ci katrenində qızıl, gümüş, borclar və maliyyə sənədlərindən bəhs edilir. Bəzi yozumlara görə, bu, inflyasiyanın artması, pulun dəyərdən düşməsi və qlobal maliyyə sistemində böhranla əlaqəli ola bilər.

5. Kanadadakı Oak adasının sirli xəzinəsi tapıla bilər

Ən maraqlı ehtimallardan biri Kanadanın Yeni Şotlandiya əyalətində yerləşən Oak adası ilə bağlıdır. Burada 200 ildən artıqdır ki, əfsanəvi xəzinə axtarılır.

Nostradamusun şeirlərindən birində ildırım düşmüş palıd ağacının yaxınlığında gizlədilmiş sərvətdən bəhs edildiyi bildirilir. Bəzi tədqiqatçılar bunu Oak adası ilə əlaqələndirirlər. Hətta ada haqqında “Oak adasının lənəti” adlı televiziya layihəsi də çəkilib.

Nostradamusun proqnozları gerçəkləşəcəkmi?

Qeyd edək ki, Nostradamus 2027-ci ili birbaşa göstərən konkret proqnoz verməyib. Sadalanan hadisələr onun müəmmalı şeirlərinin müasir yozumlarına əsaslanır.

Bu səbəbdən müharibə, maliyyə böhranı və təbii fəlakətlərin 2027-ci ildə baş verəcəyini iddia etmək üçün elmi əsas yoxdur. Onun proqnozları daha çox əyləncə xarakterli ehtimallar kimi qiymətləndirilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı