Modern.az

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat aldı

Azərbaycanlı federasiya rəsmisi avrokuboklara təyinat aldı

İdman

10 Yanvar 2023, 13:30

Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılova avrokuboklara təyinat alıb.

 

AVF-dən Modern.az-a verilən məlumata görə, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü qadın voleybolçular arasında Çempionlar Liqasında keçiriləcək B qrupunun “Prometey Dnipro” (Ukrayna) - “CS Volei Alba Blaj” (Rumıniya) matçının supervayzeri olacaq.

 

CEV-in təyinatlarına əsasən, İsmayılova görüşün hakimləri macarıstanlı Peter Şabo və fransalı Kristof Lekurun işinə qiymət verəcək.

 

Qarşılaşma bu gün Çexiyanın Kutna Hora şəhərində keçiriləcək.

Sizə yeni x var
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib