Modern.az

Güləşçilərimiz Vətənə qayıtdılar

Güləşçilərimiz Vətənə qayıtdılar

İdman

25 Aprel 2023, 08:33

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında çıxış edən yunan-Roma güləşçilərimiz artıq Vətənə qayıdıblar.


Modern.az xəbər verir ki, idmançıları Heydər Əliyev adına Hava Limanında idman ictimaiyyəti, jurnalistlər və azarkeşlər qarşılayıblar.


Xatırladaq ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Xorvatiyada keçirilən Avropa çempionatının qalibi olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV