Modern.az

“Formula 1” üçün yeni biletlər satışa çıxarıldı

“Formula 1” üçün yeni biletlər satışa çıxarıldı

İdman

26 Aprel 2023, 16:36

"Formula 1" üzrə Azərbaycan Qran-Prisinin konsert proqramına yeni biletlər satışa çıxarılıb.

 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Modern.az verilən məlumata görə, dünya ulduzları DJ Don Diablo və DJ Hardvellin konsertləri üçün nəzərdə tutulan biletlərin sayı məhdud, qiyməti isə 150 AZN-dir.

 

DJ Don Diablo aprelin 28-də, DJ Hardvell isə bir gün sonra Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə "Formula 1" həftəsonunun açılışını edərək canlı şoularını sərgiləyəcək.

 

Qeyd edək ki, bilet sahibləri həm də fan zonaya giriş əldə edə biləcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV