Modern.az

Messinin üzr VİDEOSU

Messinin üzr VİDEOSU

İdman

5 May 2023, 22:25

Argentinalı futbolçu Lionel Messi PSJ klubu tərəfindən cəzalandırılmasından sonra komanda yoldaşlarından üzr istəyib.

 

Modern.az xəbər verir ki, o, bununla bağlı "Instagram"ın hekayə bölməsində paylaşım edib.

 

Messi Səudiyyə Ərəbistanına getməsini öncədən planlaşdırdığı üçün səfəri ləğv etməsinin mümkün olmadığını diqqətə çatdırıb.

 

“Həmişə olduğu kimi oyundan sonra bir gün istirahət edəcəyimizi düşündüm. Bu səfəri mən təşkil etmişdim və onu ləğv edə bilməzdim", - o bildirib.

 

Qeyd edək ki, Messi matçdan sonra icazəsiz Səudiyyə Ərəbistanına getdiyi üçün iki həftəlik komanda ilə məşqlərdən kənarlaşdırılıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Yollar iflic oldu, internet bahalaşdı - Növbədə nə var?