Modern.az

Millisi turnirdə ilk matçına çıxacaq

Millisi turnirdə ilk matçına çıxacaq

İdman

5 İyul 2023, 10:32

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, komanda Moldova yığması ilə üz-üzə gələcək.

 

“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunacaq matç saat 18:45-də başlayacaq.

 

A qrupunun digər görüşündə İtaliya və Estoniya seçmələri qarşılaşacaqlar. Bu duel isə 13:30-da start götürəcək.

 

Azərbaycan millisinin heyəti:

 

Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov

 

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, Fuad Hüseynov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Amid Nəzərov, Hüseyn Axundov, Tural Qurbatov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV